Avropanın ən böyük iqtisadiyyatında istehsal sürətini itirir | Banco.az

Avropanın ən böyük iqtisadiyyatında istehsal sürətini itirir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada fabrik-zavod sifarişləri oktyabr ayında əvvəlki ayla müqayisədə 3,7 faiz azalıb.

Banco.az xəbər verir ki, Almaniyada fabrik və zavod sifarişləri oktyabr ayında gözlənilmədən azalıb ki, bu da Avropanın ən böyük iqtisadiyyatında istehsalın sürətini itirdiyini göstərir.

“Bloomberg” sorğusunda iştirak edən iqtisadçıların gözləntiləri 0,2 faiz artıma işarə edirdi.

Sözügedən dövrdə illik azalma isə 7,3 faiz təşkil edib ki, ekspertlər 3,9 faiz azalma gözləyirdilər.

Almaniya Statistika İnstitutu oktyabrda maşın və avadanlıqların 13,5 faiz azalmasının təyyarə, gəmi və qatar kimi nəqliyyat vasitələrinin istehsalında yeni sifarişlərdəki 20,2 faiz artımı kompensasiya edə bilmədiyini açıqlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bu nəticə onu göstərir ki, Almaniyanın böyük sənaye bazasında mümkün bərpa, sorğu nəticələrindən də göründüyü kimi, enerji böhranı və zəif qlobal tələbdən sonra reallaşmaqda çətinlik çəkib və iqtisadiyyatı daha da aşağı sürükləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram