Avropada və Azərbaycanda tikinti sektorunda vəziyyət necədir? | Banco.az

Avropada və Azərbaycanda tikinti sektorunda vəziyyət necədir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Avrozonada tikinti istehsalı sentyabr ayında əvvəlki ayla müqayisədə 0,4 faiz artıb.

Banco.az-ın məlumatına görə , bu barədə Avropa Statistika İdarəsi (Eurostat) məlumat verib. Tikinti istehsalı məlumatlarına əsasən Aİ ölkələri arasında ən yüksək artım Sloveniyada, ən çox azalma isə Macarıstan və Rumıniyada qeydə alınıb. Avrozonada tikinti istehsalı 2022-ci ilin sentyabr ayı ilə müqayisədə tikinti istehsalı 0,3 faiz azalıb.Aİ-də tikinti istehsalı sentyabr ayında əvvəlki ayla müqayisədə 0,5 faiz, 2022-ci ilin eyni dövrü ilə müqayisədə isə 0,1 faiz artıb. AB ölkələri arasında inşaat istehsalında sentyabr ayında bir əvvəlki aya görə ən yüksək artım 7,4 faiz olmaqla Sloveniyada qeydə alınıb.  Siyahını 3,6 faizlə Polşa,  2,3 faizlə Slovakiya izləyir. Ən böyük azalma isə 1. 9 faiz olmaqla Macarıstanda qeydə alınıb. Rumıniyada bu rəqəm 1.2 faiz olduğu halda Portuqaliya və Avstriyada isə 0,9 faiz faizdə qərarlaşıb.

Qeyd edək ki,  bu ilin aprel ayında Avrozonada inşaat işləri 2,2 faiz, Aİ-də isə 1,6 faiz geriləyib. Buna baxmayaraq, agentlik bildirir ki, Rumıniyada inşaat sektoru 7,8 faiz, Polşada 4,9 faiz, Bolqarıstanda isə 2,3 faiz artıb. Macarıstanda bu sahə 7,3 faiz, Almaniyada 4,3 faiz və Sloveniyada 3,4 faiz azalma göstərib.

Avropadan fərqli olaraq Azərbaycanda tikinti sektorunda vəziyyət bir qədər fərqlidir.

Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədr müavini Natiq Həsənov Bakıda keçirilən "Tikinti sektoru subyektləri arasında vahid müqavilə formasının tətbiq zərurəti, təmizlənməyən münasibətlərin sektorda yaratdığı problemlər və onların həlli yolları" mövzusunda konfransda bildirmişdi ki, Azərbaycanda tikinti sektoruna 18 milyard manat investisiya yatırılıb. Onun sözlərinə görə, ötən ilin göstəricilərinə görə, 15 minə yaxın KOB subyekti bu sektorda fəaliyyət göstərib. Son beş il ərzində tikinti sektoru KOB subyektlərinin dayanıqlı fəaliyyət göstərdiyi 2-ci sahə olub.

Hazırda tikinti sektoru ölkədə məşğulluq yaradan 3-cü ən çox sahə kimi xarakterizə olunur. İqtisadiyyatın həcminə baxdıqda isə Ümumi Daxili Məhsulda tikinti sektorunun payında xeyli artım müşahidə edilir. Kiçik və orta biznesin də bu sahədə xüsusi çəkisi var.

Ən sərfəli kredit üçün müraciət et

Statistikaya əsasən, 2021-ci il ərzində Azərbaycanda investisiyaların 1 milyard 029,5 milyon manatı (6,4 %-i) yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilən vəsaitlərin 11 milyard 015,7 milyon manatı və ya 68,3 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə xərclənib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilən inşaat işlərinin 80,3 faizini tikinti, yenidənqurma və genişləndirmə, 6,4 faizini əsaslı təmir, 8,1 faizini cari təmir, 5,2 faizini isə digər layihə işləri təşkil edib.

Xarici ölkələr və beynəlxalq təşkilatların əsas kapitala yönəldilən vəsaitinin 2 milyard 285 milyon manatı (90,4 faizi) Birləşmiş Krallıq, Türkiyə, ABŞ, Fransa, Yaponiya, Rusiya, İsveçrə və Norveç sərmayədarlarına məxsus olub. Ümumi inşaat işlərinin 88,8 faizi isə qeyri-dövlət tikinti müəssisələri tərəfindən yerinə yetirilib. Cari  ilin yanvar–avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Kənd Təsərrüfatı Nazirliyinin yeni inzibati binaları, “Bakı KOB evi”, “STEAM İnnovasiya Mərkəzi”, “Diamed” dərman istehsalı zavodu istifadəyə verilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram