Müəllif: Tamara Mustafayeva, Banco.az
Mart ayında Avrozonada tikinti istehsalı artıb.
Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) mart ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozonanın mövsümi düzəliş edilmiş tikinti istehsalı məlumatlarını dərc edib.
Məlumatlar göstərir ki, sözügedən dövrdə Avrozonada tikinti istehsalı həm əvvəlki ayla, həm də ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz artıb.
Aİ-də isə tikinti istehsalı mart ayında əvvəlki ayla müqayisədə 0,1 faiz, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz azalıb.
Aİ ölkələri arasında tikinti istehsalında mart ayında əvvəlki aya nəzərən ən yüksək artım 9,1 faizlə Rumıniyada qeydə alınıb.
Belçikada isə tikinti istehsalı illik 7,3 faiz azalma ilə əsas azalmanın müşahidə edildiyi ölkə olub.
Bizi sosial şəbəkələrdən izləyin!!