Avropada təbii qaz istehlakı ötən 10 ilin ən aşağı həddinə düşüb | Banco.az

Avropada təbii qaz istehlakı ötən 10 ilin ən aşağı həddinə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropada təbii qaz istehlakı ötən 10 ilin ən aşağı həddinə düşüb.

Banco.az xəbər verir ki, ölkələrin səmərəlilik tədbirlərinə üz tutması və bərpa olunan enerji mənbələrindən istifadənin artması ilə Avropanın qaz istehlakı ötən il 10 ilin ən aşağı səviyyəsinə düşüb.

Enerji İqtisadiyyatı və Maliyyə Təhlili İnstitutunun (IEEFA) verdiyi açıqlamaya görə, Rusiya-Ukrayna müharibəsindən sonrakı 2 ildə Avropada qaza tələbat 20 faiz azalıb.

Təbii qaza tələbatın azalmasına əsasən Almaniya, İtaliya və Böyük Britaniya səbəb olub.

Ölkələrin yeni mayeləşdirilmiş təbii qaz (LNG) infrastrukturu qurmağa davam etdiyi bildirilən açıqlamada aşağıdakılar qeyd olunub:

“2022-ci ilin fevral ayından 8 idxal terminalı fəaliyyətə başlayıb və 2030-cu ilə qədər daha 13 layihənin istismara verilməsi gözlənilir. Bu o deməkdir ki, Avropanın LNG terminallarının ümumi tutumu onilliyin sonuna qədər gözlənilən LNG tələbatından 3 dəfə çox ola bilər.”

Ən sərfəli kredit üçün müraciət et

Açıqlamada həmçinin Avropanın Rusiyadan boru qazı idxalını azaltma uğurunun bu ölkədən artan LNG tədarükləri ilə ziddiyyət təşkil etdiyinə diqqət çəkilib. Belə ki, 2021-2023-cü illərdə Rusiyanın Avropaya LNG tədarükü 11 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram