Avropada ən sürətlə inkişaf edən peşələr hansılardır? | Banco.az

Avropada ən sürətlə inkişaf edən peşələr hansılardır?

Müəllif: Tamara Mustafayeva, Banco.az

“LinkedIn” 1 yanvar 2019-cu il-31 iyul 2023-cü il tarixləri arasında platformada yayımlanan milyonlarla iş elanını nəzərdən keçirib.

Banco.az xəbər verir ki, “LinkedIn”in sonuncu araşdırmasına görə, Avropada əmək bazarı sürətlə transformasiyaya uğramaqdadır. Məşğulluq üzrə rəqabət artdıqca, 20 il əvvəl eşidilməyən yeni vəzifələr ortaya çıxır.

“LinkedIn”ə görə, gələn il ən sürətlə artan vakansiyalar davamlılıq, süni intellekt və biznesin inkişafı ilə bağlı olacaq.

Araşdırma nəticəsində məlum olub ki, məşğulluq bazarında artan rəqabətə baxmayaraq, avropalı mütəxəssislərin üçdə ikisi, yəni 67 faizi bu il iş yerini dəyişməyi düşünür.

2022-ci ildə Böyük Britaniya və Fransada “LinkedIn” platformasında hər iki aktiv iş axtaran üçün yalnız bir iş elanı olduğu halda, hazırda hər dörd iş axtaran üçün yalnız bir iş elanı var. Avropalı mütəxəssislərin 37 faizi yaşayış böhranını aradan qaldırmaq üçün daha yüksək maaşlı iş axtardıqlarını desələr də, 19 faizi öz qabiliyyətlərinə daha arxayın olduqlarını və karyeralarını yüksəltmək üçün daha yaxşı mövqe tapmaq istədiklərini bildiriblər.

Ən sərfəli kredit üçün müraciət et

Araşdırılan Avropa ölkələrində ən sürətlə böyüyən peşələr fərqli olsa da, ümumi tendensiya göstərir ki, süni intellekt, davamlılıq və kibertəhlükəsizlik üzrə vakant yerlər artmaqdadır. Ən çox tələb olunan vəzifələr arasında davamlılıq üzrə mütəxəssis, süni intellekt mühəndisi və kibertəhlükəsizlik analitiki var.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram