Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən Avropa Pul Viktorinasının Milli Mərhələsinin qalib komandaları mükafatlandırılıb.
Belə ki, ABA-nın prezidenti Zakir Nuriyev ilk 3 yeri tutmuş komandaların iştirakçılarını və valideynlərini qəbul edərək 6 nəfərə sertifikat təqdim edib. Bunlar 3-cü yer qalibləri İsa İbrahimov, Mələk Sahibzadə, 2-ci yer qalibləri Ruslan Hacıyev, Azər Həşimov və 1-ci yerin qalibləri Fərid Rəcəbov, Pərviz Fərzəliyevdir.
Mərasimdə çıxış edən Zakir Nuriyev ABA-nın Maliyyə Savadlığı sahəsində gördüyü işlərdən danışıb. O həmçinin Avropa səviyyəli yarışda Azərbaycanın da təmsil olunacağının sevindirici hal olduğunu və bu istiqamətdə tədbirlərin keçirilməsinin davam etdiriləcəyini bildirib. Zakir Nuriyev bildirib ki, gələn il bu tədbirin daha geniş vüsət alması, daha çox məktəb və məktəblini əhatə etməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq qurulacaq.
Xatırladaq ki, Avropa Pul Viktorinasının Milli Mərhələsi 29 mart 2019-cu il tarixində keçirilmişdir. 1-ci yeri qazanan qalib komanda Brüsseldə keçiriləcək Avropa Pul Viktorinasının final mərhələsində ölkəmizi təmsil edəcək.
Milli Mərhələyə seçim zamanı 500 nəfərə qədər şagird namizəd olmuş və onlardan 106 nəfəri Milli Mərhələdə mübarizə yarışmışdır.