Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların müddətini 6 ay uzatmaq qərarına gəlib.
Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Şurası Rusiyanın Ukraynada sabitliyin pozulmasına yönəlmiş hərəkətləri səbəbindən ilk dəfə 2014-cü ildə tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin 2025-ci il yanvarın 31-dək uzadıldığını bəyan edib.
Bəyanatda Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya hücumundan sonra Aİ sanksiyalarının əhəmiyyətli dərəcədə genişləndirildiyi xatırladılıb. Belə ki, Aİ indiyədək Rusiyaya qarşı 14 sanksiya paketini həyata keçirib.
Bu çərçivədə Rusiyaya ticarət, maliyyə, neft və kömür də daxil olmaqla enerji, sənaye, texnologiya, nəqliyyat, ikili təyinatlı və dəbdəbəli mallar, eləcə də qızıl və almaz ticarətini əhatə edən geniş məhdudiyyətlər tətbiq edilir.
Xatırladaq ki, Aİ-nin Rusiyaya qarşı iqtisadi sanksiyalarının müddəti hər 6 aydan bir uzadılır.
Bizi sosial şəbəkələrdən izləyin!!