Avropa Birliyi Yunanıstan üçün ayrılmış kreditlərin 50 il müddətində uzadılması qərarına gəlib | Banco.az

Avropa Birliyi Yunanıstan üçün ayrılmış kreditlərin 50 il müddətində uzadılması qərarına gəlib

Yunanıstan üçün nəzərdə tutulmuş növbəti yardım paketi verilmiş kreditlərin ödənmə müddətinin 50 il uzadılmasını, eləcə də faiz dərəcələrinin 0.5 % həddində azaldılmasını nəzərə tutur.

Sözügedən proqram may və ya iyun ayında rəsmi şəkildə nəzərdən keçiriləcək. Yunanıstanın 13-15 milyard avro məbləğində borc alacağı güman edilir. Yunanıstan üçün ayrılan vəsaitlər maliyyə problemlərinin həll olunmasında mühüm rola malik olacaq.

Bundan başqa, AB və Yunanıstan arasında 50 milyard avronun hansı formada sərf olunmasına dair danışıqlar aparılacaq.

Aprel ayında Avrostat Yunanıstanın maliyyə siyasətini ümumiləşdirəcək. Yunanıstanda uzun illərdən sora ilk dəfə dövlət büdcəsində profisit (gəlirlərin xərcləri üstələməsi) müşahidə olunacağı gözlənilir. Bu halda, ölkəyə təqdim olunan yardım şərtləri nisbətən sadələşdirilə bilər.

Ən sərfəli kredit üçün müraciət et

2011-ci ildə "defolt təhlükəsi" ilə üzləşən Yunanıstan yardım üçün AB və BVF-na müraciət etməyə məcbur olmuşdur. Nəticədə ölkə 240 milyard dollar həcmində maddi yardım əldə etmiş və öz fərdi borclarının bir qismini ödəyə bilmişdir.

Yunanıstanın sabitləşdirmə krediti üçün şərt kimi qəbul etdiyi sərt iqtisadi tədbirlər ölkədə dərin böhran vəziyyətinin yaranması ilə nəticələnmişdir. Qəbul etdiyi şərtlər nəticəsində Yunanıstan 6 ildir ki, böhran vəziyyətindən çıxa bilmir. Bü müddət ərzində ölkədə ÜDM-un həcmi dörddə bir qədər azalmışdır.

Banco.az/ Sevinc Ibadova