Amerika Mərkəzi Bankının faiz qərarı və ABŞ iqtisadiyyatına dair müsbət açıqlamalar dolların dünya birjalarında bahalaşmasına səbəb olub.
Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiymətləri Amerika Mərkəzi Bankının faiz artımından sonra 0.7% bahalaşıb.
Beləliklə, artıq 1.17$-a ticarət edilən EUR/USD məzənnəsi bu səviyyənin altında qalarsa, 1.16$-a kimi də ucuzlaşa bilər. Türkiyə maliyyə bazarlarında da Dollar/Lirə məzənnəsi 6.00TL-nin üzərində ticarət edilir və bu səviyyənin üzərində qaldıqca, yenidən 6.21TL-yə kimi bahalaşa bilər.
Enerji bazarlarında isə Avropanın Brent markalı neftinin bir barel qiyməti isə 82$-ın üzərində ticarət edilməkdədir və bu səviyyənin üzərində qaldıqca, 84$-a kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.