Avro ucuzlaşıb, dollar bahalaşıb | Banco.az

Avro ucuzlaşıb, dollar bahalaşıb

Bu gün iyulun 15-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi artıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) iyulun 16-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0003 manat və ya 0,03% artaraq 1,0495 manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0069 manat və ya 0,60% azalaraq 1,1477 manat olub.