AtaBankın ənənəvi kampaniyası yenidən başlayır | Banco.az

AtaBankın ənənəvi kampaniyası yenidən başlayır

"AtaBank" ASC-nin bu il də hər il olduğu kimi “Nağdsız ödə, nağd qazan" adlı ani stimullaşdırıcı lotereya kampaniyası yenidən başlayır. Nağdsız Ödə, Nağd Qazan – istənilən bankın plastik kart sahibinin AtaBank-dan nağd pul qazanması şansı deməkdir! Lotereyada "AtaBank" ASC tərəfindən ticarət, ictimai-iaşə və ya xidmət obyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə Azərbaycanda fəaliyyət göstərən istənilən bank tərəfindən emissiya edilən ödəniş kartları ilə nağdsız əməliyyatlar aparan rezident şəxslər iştirak edə bilərlər.

Bank kartları ilə etdiyiniz hər 25 manatlıq ödəniş çeki (və ya çekləri) sayəsində Siz 1 ani uduş lotereya kuponu əldə edirsiniz. Məhz bu lotereya Sizi şanslılardan edəcək! Lotereyanı elə yerindəcə pozun və minlərlə uduşlardan biri Sizin olsun!

Ən sərfəli kredit üçün müraciət et

Ani stimullaşdırıcı lotereya kuponlarının əldə edilməsi üçün kart istifadəçisi təqvim ayı ərzində "AtaBank" ASC-nin POS-terminal şəbəkəsində nağdsız aparılmış əməliyyatlar üzrə çekləri toplayaraq bankın istənilən filial və ya şöbəsinə müraciət etməlidir.

Kampaniya 01 İyun 2018-ci il  tarixindən başlayıb və 31 dekabr 2018-ci il tarixinədək davam edəcəkdir.

Qeyd edək ki, kampaniya bankın 25 illik yubileyinə həsr olunur.

“AtaBank” ASC 100 faiz yerli kapitallı, yüksək texnologiyalı universal Azərbaycan bankıdır.