Atabank öz kredit portfelini 1 mln 750 min manat artırıb! | Banco.az

Atabank öz kredit portfelini 1 mln 750 min manat artırıb!

Atabank 2018-ci ilin ikinci rüb göstəricilərini açıqlayıb.

Keçən rüb aktivləri 619 mln 512 min  manat olan bank aktivləri bu rüb 3% azalaraq, 603 mln  177 min manat olub, kredit portfeli isə  416 mln 401 min manatdan 418  mln 151 min manata qalxıb.

Öhdəlikləri 472 mln 353 min manatdan, 458 mln 513 min manata , depozit portfeli isə 329 mln 107 min manatdan 315 mln 594 min manata düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Kapitalı 2% azalaraq,  144 mln 664 min manat, məcmu kapitalı da 2% azalaraq 139 mln 319 min manata olub.

Xalis mənfəəti isə 341 min manatdan, 123 min manata düşüb.