Artıq qızıl və zinət əşyalarını girov qoyaraq sərfəli şərtlərlə AtaBank-dan “Lombard” kreditini əldə edə bilmək imkanı yaranıb. “Lombard” krediti verilərkən zamin və yaxud iş yerindən arayış tələb olunmur. Bu rəsmi iş yeri olmayan müştərilərin kredit əldə edə bilməsi üçün əla fürsətdir. AtaBank-ın istənilən filialına yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə müraciət edərək, qısa müddət ərzində qızıl və zinət əşyalarını girov qoyaraq nagd pula çevirmək mümkündür. Kredit ödənildikdən sonra girov tam şəkildə müştəriyə geri qaytarılacaq.
Lombard kreditinin şərtləri:
Maksimal məbləğ: 10 000 AZN
İllik faiz dərəcəsi: 22-26%
Kreditin müddəti: 36 ayadək
Xatırladaq ki, AtaBank-ın digər çox sərfəli Ekspress, Klassik və Avtomobil kredit məhsulları da mövcuddur. Ən əsası isə AtaBank-ın müştəriləri dünyanın istənilən yerində kredit kartlarından istifadə edə bilərlər.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında 31 filial və şöbəsi vasitəsilə korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.