Asim Zülfüqarov: "Kredit bürosu borcalanın borcu qaytarma qabiliyyətini müəyyən edəcək" | Banco.az

Asim Zülfüqarov: "Kredit bürosu borcalanın borcu qaytarma qabiliyyətini müəyyən edəcək"

Bugün “Azərbaycan Kredit Bürosu” MMC-nin fəaliyyəti ilə bağlı  mətbuat konfransı keçirilir. 

Banco.az xəbər verir ki, keçirilən mətbuat konfransında Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktorunun müavini, strateji xidmətlər departamentinin direktoru Asim Zülfüqarov, devalvasiyanın birbaşa bank sektoruna təsir etdiyini ve kreditlərə zərbə olduğunu deyib. Borcalanların krediti qaytara bilməməsindən, buna görə də, əsas məsələnin borcalanlar haqqında məlumatların ətraflı şəkildə əldə olunması olduğunu vurğulayıb. Kredit bürosu, məlumatların assimmetriyasını artırır və bütün borcalanları analiz edib, onun haqqında ətraflı məlumat verir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin büro borcalanın borcu qaytarma qabiliyyətini müəyyən edəcək.

Qeyd edək ki, keçirilən konfransda “İqtisadi İslahatlarların Təhlili və Kommunikasiya Mərkəzi”, “Maliyyə Bazarlarına Nəzarət Palatası”, “Azərbaycan Banklar Assosasiyası”, “Azərbaycan Kredit Bürosu” MMC-nin rəsmiləri də iştirak edəcək.