Azərbaycan Sığortaçılar Assosiasiyasının Hüquq komitəsinin sədri “Atəşgah” Sığorta və “Atəşgah Həyat” Şirkətinin Hüquqi təminatı şöbəsinin rəhbəri Səbuhi Mikayılovdur.
Səbuhi Mikayılov bir az yaxından tanıyaq.
Səbuhi Mikayılov 1998-2002-ci illərdə Bakı Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə təhsil almışdır. 2004-cü ildən etibarən əmək fəaliyyətinə başlamış və fərdi qaydada hüquq xidmətləri göstərmişdir.
S.Mikayılov 2006-cı ildən sığorta sektorunda fəaliyyət göstərməyə başlamışdır. Həmin illərdə Sığorta sahəsində yarımçı fəaliyyət göstərən şirkətdə hüquq xidmətinin rəhbəri vəzifəsini icra etmişdir. Həmçinin, bir sıra şirkətlərdə hüquqşünas kimi fəaliyyət göstərmişdir.
Qanunvericilik və onun təhlili üzrə kifayət qədər bilik və bacarığa malik olan S.Mikayılov, eyni zamanda, sığorta sahəsi üzrə də təcrübə və səriştəyə sahibdir. Nəzərinizə çatdırmaq istərdik ki, S. Mikayılov 2011-ci ildən hal-hazıradək “Atəşgah” və “Atəşgah Həyat” sığorta şirkətlərinin hüquq xidmətlərinə rəhbərlik edir.
Azərbaycan Sığortaçılar Assosiasiyasının 26 Fevral 2018-ci il tarixli Müşahidə Şurasının qərarına əsasən, Azərbaycan Sığortaçılar Assosiasiyasının Hüquq komitəsinin sədri təyin edilən S.Mikayılov Hüquq komitəsində qaldırılan məsələlər, onların qanunvericilik nöqteyindən araşdırılması, həlli istiqamətində təkliflərin verilməsi sahəsində öz səylərini göstərir və sığorta bazarının daha təkmil qanunverici baza üzərində fəaliyyətinin təmin edilməsi üçün çalışır.