İnformasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri cari ildən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitindən (güzəştli kreditlər şəklində) faydalana biləcəklər.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaydığı məlumata görə, sahibkarlar güzəştli kreditlərdən yararlanmaq üçün müvəkkil banklara müraciət edə bilərlər.
Müvəkkil banklar isə “Paşa Bank” ASC, “Bank Respublika” ASC, “Dəmir Bank” ASC və “Rabitə Bank” ASC-dir.
Qeyd edək ki, kreditlərə tətbiq illik faiz dərəcəsi 5 faizdir və 10 ilədək müddətə verilir.