"Aqrolizinq" ASC-nin sədrinə töhmət, sədr müavininə şiddətli töhmət verilib | Banco.az

"Aqrolizinq" ASC-nin sədrinə töhmət, sədr müavininə şiddətli töhmət verilib

"Aqrolizinq" ASC-nin sədri Elşən Məmmədova töhmət verilib. 

 
Bu gün Kənd Təsərrüfatı Nazirliyində "Taxıl biçininin qısa müddətdə və itkisiz yığımının təşkili ilə bağlı qarşıda duran vəzifələr”ə həsr olunmuş respublika müşavirəsi keçirilib.

 

Nazir Heydər Əsədovun iştirakı ilə keçirilən müşavirədə "Aqrolizinq" ASC sədrinin müavininə şiddətli töhmət, həmçinin işdə ciddi nöqsanlara yol verdiyinə görə Bərdə, Ağsu, Oğuz, Ağcabədi, Şamaxı, Hacıqabul, Gədəbəy, Yevlax Aqroservis rəhbərlərinə şiddətli töhmət və sonuncu xəbərdarlıq edilib. 
 

Ən sərfəli kredit üçün müraciət et

İşlərini günün tələblərinə uyğun qura bilmədiklərinə görə qurumun lizinq ödənişlərinin yığımı üzrə regionlarla iş üzrə sektorun 7 region üzrə ştat vahidi ləğv edilərək, mərkəzi aparatda struktur dəyişikliyinin aparılması məqsədəuyğun hesab olunub.

apa.az