Müəllif: Tamara Mustafayeva, Banco.az
“Apple Watch”un satışı müvəqqəti olaraq yenidən başlayıb.
Banco.az xəbər verir ki, bu yaxınlarda qadağan edilən “Apple Watch 9” və “Apple Watch Ultra 2” modellərinin satışı yenidən başlayıb.
Daha əvvəl xəbər verdiyimiz kimi “Apple”firması ilə tibbi texnologiya şirkəti “Masimo” arasında yaranan patent mübahisələri səbəbindən “Apple Watch 9” və “Apple Watch Ultra 2” modellərinə satış qadağası qoyulmuşdu. Bu qərarın səbəbi “Apple”ın ən son smart saat modellərində istifadə edilən SpO2 sensorlarının “Masimo”nun patent hüququnu pozması olub.
Son məlumata görə, ABŞ-da bu modellərin satışına qoyulan qadağa müvəqqəti olaraq dayandırılıb.
Qeyd edək ki, “Apple” satış qadağasının qarşısını almaq üçün müxtəlif tədbirlər görməyə başlayıb. Hazırda yeni proqram təminatının hazırlıq mərhələsində olduğu bildirilir.
Bununla belə, “Watch” modellərinin satışına qadağaların nə vaxt tamamilə aradan qaldırılacağı bəlli deyil.
Bizi sosial şəbəkələrdən izləyin!!