Apple şirkəti yeni satışa çıxan iPhone 8-in ana platasında problem olduğunu açıqlayıb. Verilən açıqlamaya görə, problem bir sıra Apple məhsulunda özünü göstərib. Belə ki, bu problem əsasən 2017-ci ilin mart və 2018-ci ildə satışa çıxarılan cihazlara aiddir. Həmin partiya əsas etibarilə ABŞ, Avstraliya, Çin, Hindistan, Yaponiya, Yeni Zellandiya və s. ölkələrdə satışa çıxıb.
Ana platadakı problemə görə telefon çətinliklə yüklənə və hətta açılması gecikə bilər.
Apple şirkəti problemli smartfonları pulsuz təmir edəcəyini bildirib. Həmçinin verilən məlumata görə, belə problem iPhone 8 Plus modelində mövcud deyil.
Nəcibə Yusifova, Banco.az