Müəllif: Tamara Mustafayeva, Banco.az
“Google” “Safari” vasitəsilə edilən axtarışlardan əldə olunan gəlirin 36 faizini “Apple”a köçürüb.
Banco.az xəbər verir ki, “Alphabet”in iqtisadiyyatla bağlı konsaltinq xidmətindən faydalandığı şəxsin məlumatına görə, “Google” şirkəti “Safari” brauzeri vasitəsilə axtarış reklamlarından əldə etdiyi gəlirin 36 faizini “Apple”a ödəyir.
Çikaqo Universitetinin professoru Kevin Merfi sözügedən rəqəmi Ədliyyə Departamentinin Vaşinqtondakı antiinhisar işində “Google”un müdafiəsi üçün verdiyi ifadəsi zamanı açıqlayıb.
Xatırladaq ki, həm “Google”, həm də “Apple” razılaşmalarının təfərrüatlarının ictimaiyyətə açıqlanmasına etiraz etmişdilər.
Qeyd edək ki, şirkətlər 2002-ci ildən “Google”u “Apple Safari”də defolt axtarış motoru kimi tanıyan əməkdaşlığa imza atıblar.
Bizi sosial şəbəkələrdən izləyin!!