Apple kəşfiyyata işləyir? | Banco.az

Apple kəşfiyyata işləyir?

Apple şirkətinin 600 milyondan çox mobil məhsulunda sənədsiz xidmətlər mövcuddur. Bu da nəticədə xüsusi xidmət orqanlarına i-qurğu sahibi haqqında informasiya əldə etməyə imkan verir. Bu haqda Nyu-Yorkda Hackers On Planet Earth (HOPE/X) konfransında çıxış edən müstəqil ekspert və tərtibatçı Conatan Zdiziarski deyib.

NerveGas niki ilə tanınan Zdiziarski tərtibatçılar cəmiyyətində ən nüfuzlu mütəxəssislərdən biridir.

Zdiziarskinin araşdırmasına əsasən, hər bir iOS qurğuda onun sahibi haqda məlumat toplanılmasını asanlaşdıran fon rejimində bir neçə xidmət ('lockdownd', 'pcapd', 'mobile.file_relay' və 'house_arrest’) işləyir. Onun sözlərinə görə, şirkət hüquq-mühafizə orqanlarının marağı naminə qurğuya giriş üçün bu xidmətlərdən istifadə edir. Bu halda, iPhone smartfonu şirkətin özü və xüsusi xidmət orqanları istisna olmaqla, başqa hakerlərdən tamamilə qorunub.

Ən sərfəli kredit üçün müraciət et

Sənədsiz xidmətlər USB, Wi-Fi və güman ki, mobil şəbəkə ilə qoşulduqda qurğunun tərkibinə tam giriş imkanı yaradır. Ekspertin sözlərinə görə, bekdorlar ünvan kitabçasını, fotoalbom, elektron poçt, SMS yazışmasını tamamilə ələ keçirməyə imkan verir.

"Apple bu xidmətlər işini izah etməlidir", Zdiziarski deyib. "Mən onların təsviri üçün bekdordan yaxşı söz tapa bilməmişəm, amma mən şirkətin izahatını dinləməyə hazıram". Şirkət isə ekspertin sözlərinə hələ də münasibət bildirməyib.

Mənbə: milli.az