“Apple”-in qurucusunun Bitcoin-ləri oğurlanıb | Banco.az

“Apple”-in qurucusunun Bitcoin-ləri oğurlanıb

Apple”-in qurucularından olan Stiv Voznyak Bitcoin fırıldaqçılığının qurbanı olub.

Bu həftə Hindistanda baş tutan Qlobal Şirkətlər Sammitində çıxış edən Voznyakbaşına gələnləri belə anladıb:

“Blockchain Bitcoin-in olduğunu göstərir. Lakin bu saxtakarlıq olmayacağı anlamına gəlmir. 7 Bitcoin-in oğurlanmışdı.

Bir nəfər Bitcoin-ləri kredit kartı ilə onlayn şəkildə məndən aldı və sonra kredit kartı ödənişini ləğv etdi.Kredit kartının nömrəsi də oğurlandığı geri qaytarmağın yolu yox idi”.

Voznyak həmin Bitcoin-ləri qiymətlər 700 dollar civarında olarkən aldığını bildirib. Hazırki qiymətlə bu, 70 min dollarrdan artıq edir.

O, başına gələn hadisəyə baxmayaraq, kriptovalyutalara müsbət münasibət sərgiləyir. Hətta sahib olduğu digər Bitcoin-ləri ötən ilin sonuna qədər saxlayıb.

Voznyak “Bitcoin mənim üçün hökumət tərəfindən manipulyasiya edilməyən bir valyuta idi. Bitcoin riyazi, təmiz və dəyişdirilməzdir”, – deyə qeyd edib.

Sahib olduğu kriptovalyutaları niyə satdığını yanvarda açıqlamışdı. O, kriptovalyutalarını saxxlamağa ehtiyac görmədiyini, çünki onları “təcrübə” olaraq gördüyünü vurğulamışdı. Voznyak bu haqda belə açıqlama verib:

“Düşündüm ki, bunu izləyən, izləyib qiymətləri daim müşahidə edən insanlardan biri olmaq istəmirəm. Həyatımda belə bir tərz istəmirəm”.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Ən sərfəli kredit üçün müraciət et

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az