Müəllif: Tamara Mustafayeva, Banco.az
Üçüncü rübdə amerikalıların sərvəti azalıb.
Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) iyul-sentyabr ayları üçün “ABŞ-ın Maliyyə Hesabları” hesabatını dərc edib.
Buna görə, ölkədəki ev təsərrüfatlarının xalis sərvəti bu ilin üçüncü rübündə təxminən 151 trilyon dollar olaraq qeyd edilib.
İlin üçüncü rübündə əvvəlki rüblə müqayisədə 0,9 faiz azalan ev təsərrüfatlarının sərvəti 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artıb.
ABŞ-da ev təsərrüfatlarının xalis sərvəti bu ilin birinci rübündə 146,6 trilyon dollar, ikinci rübdə isə 152,3 trilyon dollar olaraq hesablanıb.
İlin üçüncü rübündə ev təsərrüfatlarının ümumi sərvətinin azalmasında Amerika səhmlərindəki 1,7 trilyon dollar itkinin daşınmaz əmlakın ümumi dəyərinin 500 milyard dollar artması ilə kompensasiya edilməsi təsirli olub.
Sözügedən dövrdə istehlak kreditləri 1,1 faiz, ipoteka (mənzil krediti) borcu isə 2,5 faiz artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!