AMB: BOKT-lar pul köçürmələri və valyuta mübadiləsi həyata keçirə bilər | Banco.az

AMB: BOKT-lar pul köçürmələri və valyuta mübadiləsi həyata keçirə bilər

Mikro maliyyə təşkilatlarının (BOKT) hesab açmadan pul köçürmələrinin həyata keçirilməsi və valyuta mübadiləsinin aparılması imkanları nəzərdən keçirilir.

Bunu bu gün “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusuna həsr edilmiş Azərbaycan Mikromaliyyə Konfransında çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının Kredit Təşkilatlarına Nəzarət Departamentinin şöbə rəisi Xəyyam İsmayılov deyib.

Ən sərfəli kredit üçün müraciət et

O bildirib ki, ümumilikdə Mərkəzi Bank bank olmayan kredit təşkilatları ilə bağlı qanunvericilikdə dəyişikliklər etməyi planlaşdırır.

APA