Müəllif: Tamara Mustafayeva, Banco.az
“Alphabet”in gəlirləri proqnozları üstələyib.
Banco.az xəbər verir ki, “Google”un ana şirkəti “Alphabet” də ötən ilin son rübü üzrə balans hesabatını açıqlayıb.
Hesabatda qeyd olunana görə, “Alphabet”in 2023-cü ilin oktyabr-dekabr dövründəki gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 86,3 milyard dollara çatıb. Şirkət 2022-ci ilin dördüncü rübündə 76 milyard dollar gəlir əldə etmişdi.
Ötən ilin son rübündə “Alphabet”in ümumi gəliri analitiklərin proqnozlarını üstələsə də, 65,5 milyard dollar səviyyəsində reallaşan reklam gəliri proqnozra uyğun gəlməyib.
Şirkətin xalis mənfəəti isə son rübdə 2022-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 52 faiz artaraq 20,7 milyard dollara çatıb. “Alphabet” ötən ilin eyni rübündə 13,6 milyard dollar xalis mənfəət əldə edib.
“Alphabet”in bir səhm üzrə mənfəəti də 1,05 dollardan 1,64 dollara yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!