Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyada inflyasiyanın artım tempi aşağı düşməkdə davam edir.
Banco.az xəbər verir ki, Federal Statistika İdarəsi tərəfindən çərşənbə günü edilən açıqlamada noyabr ayında inflyasiyanın 3,2 faiz olaraq təyin edildiyi bildirilib.
Mütəxəssislərin fikrincə, enerji xərclərinin aşağı düşməsi inflyasiyanın azalmasında təsirli olub.
Ekspertlər azalmanın davam edəcəyini bildirirlər. Almaniyada inflyasiyanın azalması noyabr ayında da davam edərkən, işçilərin maaşları üçüncü rübdə istehlak qiymətləri ilə müqayisədə artıb.
Oktyabrda inflyasiya 3,8 faiz, sentyabrda 4,5 faiz, avqustda isə 6,1 faiz olaraq açıqlanıb.
Xatırladaq ki, Almaniyada inflyasiya 2021-ci ilin iyun ayında 2,4 faiz olaraq qeydə alınıb. İlin əvvəlində isə ölkədə inflyasiya 8 faizi ötüb.
Bizi sosial şəbəkələrdən izləyin!!