Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyada inflyasiya dekabr ayından bəri ilk dəfə artıb.
Banco.az xəbər verir ki, Almaniya Statistika İdarəsinin məlumatlarına görə, ölkədə Aİ-yə uyğun aparıcı inflyasiya aprel ayında 2,3 faizdən 2,4 faizə yüksəlib.
Proqnozlar inflyasiyanın 2,3 faiz olacağı istiqamətində idi.
Proqnozlardan yüksək olan göstərici Avropa Mərkəzi Bankının 2 faizlik hədəfə çatmasının çətin olacağından xəbər verir.
Bu dövrdə ərzaq və enerji qiymətləri daxil olmayan baza inflyasiyası 3 faizə düşüb. Mart ayında baza inflyasiyası 3,3 faiz təşkil edirdi.
Bununla belə, Almaniyada biznes proqnozları yaxşılaşıb, xüsusən də xidmət sektorunda aktivlik bərpa olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!