Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyada biznes inamı fevral ayında artıb.
Banco.az xəbər verir ki, baş ofisi Münhendə yerləşən İqtisadi Tədqiqatlar İnstitutu (İFO) təxminən 9 min şirkətin iştirakı ilə aparılan Almaniya Biznes Mühiti İnam İndeksinin fevral ayı üzrə nəticələrini dərc edib.
Nəticələr göstərir ki, sənaye və ticarət üzrə yanvar ayında 85,2 punkt olan Biznes Mühiti İnam İndeksi bu ay 85,5 punkta yüksəlib. Belə ki, Almaniya iqtisadiyyatının ən mühüm iqtisadi barometrində iki aylıq enişdən sonra artım olub.
Qeyd edək ki, bazarların da proqnozu bu istiqamətdə idi.
Sözügedən dövrdə Almaniyada Ifo Proqnozlar İndeksi 83,5 punktdan 84 punkta yüksəlib. Cari Vəziyyət İndeksi isə 86,9 punkt səviyyəsində sabit qalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!