Almaniya müdafiəyə 75 milyard avrodan çox vəsait ayıracaq | Banco.az

Almaniya müdafiəyə 75 milyard avrodan çox vəsait ayıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

Almaniya gələn il təhlükəsizlik və müdafiəyə 75 milyard avrodan çox vəsait ayıracaq.

Banco.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius Bundestaqda çıxışı zamanı bildirib.

“Gələn il ayrıca büdcə planından 53,25 milyard avro ayrılacaq. Bu, əvvəlki illə müqayisədə 1,3 milyard avro çoxdur”, - deyə nazir bildirib.

Pistorius əlavə edib ki, Bundesver üçün xüsusi fonddan daha 22 milyard avro ayrılacaq.

Ən sərfəli kredit üçün müraciət et

“Bununla təhlükəsizliyimiz və müdafiəmiz üçün 75 milyard avrodan çox vəsait ixtiyarımızda olacaq. Bu il 30 ildən artıq müddətdə ilk dəfə ÜDM-in 2 %-ni müdafiəyə xərcləyəcəyik... Gələcəkdə daha çox xərcləməli olacağıq, yəni 2 %-dən də çox. Bu qaçılmazdır”, - deyən nazir müasir dünyada baş verən böhran və münaqişələr fonunda bunun kifayət etməyəcəyinə aydınlıq gətirib.

Qeyd olunur ki, çərşənbə günü Bundestaqda 2025-ci il üçün federal büdcə layihəsinin müzakirəsi keçirilib. Büdcənin 480 milyard avrodan çox nəzərdə tutulduğu bildirilir. Ukraynaya hərbi dəstək üçün 4 milyard avronun ayrılması planlaşdırılır ki, bu da 2024-cü ildəkindən iki dəfə azdır.