Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankı nəzdində İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib.
Banco.az BFB-yə istinadən məlumat verir ki, hərracda 1 birja üzvü iştirak edib. Sifarişin ümumi məbləği nominal üzrə 5 mln. manat təşkil edib. Sifariş 100,5333% qiyməti ilə təqdim edilib.
İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 5 mln. manat məbləğində müəyyən edilib. İstiqraz vərəqələrinin ödəmə tarixi 21 noyabr 2024-cü ildir.