Aİ liderləri Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gəliblər | Banco.az

Aİ liderləri Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gəliblər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin liderləri Rusiyaya qarşı 12-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.

Banco.az xəbər verir ki, Brüsseldə keçirilən Aİ Liderlər Zirvə Sammitinin ilk gün sessiyaları davam edərkən sammitin yekun bəyannaməsinin Rusiyaya qarşı sanksiyalarla bağlı hissəsi jurnalistlərə təqdim edilib.

Bəyanatda bildirilir ki, Aİ Rusiyaya qarşı sanksiyaları daha da gücləndirmək və onları tam və effektiv şəkildə həyata keçirməkdə qərarlıdır.

Qəbul edilən 12-ci sanksiyalar paketinə yeni ixrac qadağaları, Rusiyanın neft gəlirlərini azaltmaq üçün neftin qiymət həddinin sərtləşdirilməsi tədbirləri və sanksiyalardan yayınma ilə mübarizənin gücləndirilməsi daxildir.

Ən sərfəli kredit üçün müraciət et

Hələlik təfərrüatları açıqlanmayan yeni sanksiyalara yanvarın 1-dən Rusiyadan qeyri-sənaye almaz idxalına qadağa da daxildir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram