Bəzən elə ifadə və sözlər işlədirik ki, bu iş mühitində bizim əleyhimizə olur. Söhbət hansısa xoşagəlməz zarafat və ya siyasi cəhətdən düzgün işlədilməmiş ifadədən getmir.
Baxmayaq ki, siz çox istedadlısınız və ya artıq çox şey əldə etmisiniz, seçdiyiniz sözlər bütün bunları alt-üst edə bilər. Həmçinin, işlətdiyiniz sözlər həqiqəti də əks etdirə bilər. Amma bu yenə də sizi mənfi imicdən sığortalamır.
Bəs ofis daxilində eləcə də digər peşəkar mühitdə işlədilən karyera qatili (career killer) ifadələr hansılardır?
Bu ədalətli deyil.
Hamı bilir ki, həyatda heç də hər şey haqq-ədalət prinsipləri əsasında baş vermir. Müəyyən hallarda ədalətsizliyə yol verilə bilər. Amma siz daim bundan bəhs etməli deyilsiniz.
Xüsusilə müdirlə söhbət zamanı daim “bu düzgün addım deyil” və ya “belə ədalətsizlik olar?” tipli ifadələr işlətmək olmaz. Bunun əvəzində siz deyə bilərsiniz ki: “Siz mənim çoxdandır gözlədiyim bu nəhəng layihəni Könülə etibar etmisiniz. Bilmək istəyirəm ki, nəyə görə, siz onun daha layiqli namizəd olduğunu fikirləşdiniz? Zəhmət olmasa mənim bu proyekt üçün çatışmayan cəhətlərimi deyin və mən onun üzərində işləyim.”
Bu sınanmış yoldur (üsuldur)
Artıq texnloji yeniliklər o qədər irəliləyib ki, cəmi 6 ay ömrü olan metodlar belə köhnəlmiş bilər. Ona görə də belə yanaşma tərzi sizin tənbəlliyinizdən və dəyişikliyə meyilli olmamanızdan xəbər verə bilər. Əgər siz bunu müdirə desəniz, onda o fikirləşəcək ki, görəsən siz niyə öz işinizdə yenilik etməyə cəhd belə göstərmirsiniz.
Problem deyil.
Əgər kimsə sizdən nəyisə yerinə yetirməyinizi xahiş edirsə və ya gördüyünüz işin müqabilində sizə təşəkkürünü bildirirsə, onda cavab olaraq başqa şey fikirləşin. Məsələn, “xoşdur”, “buyurun” və s. tipli ifadələr işlədə bilərsiniz. Çünki birinci variantınız onlarda yanlış fikir formalaşdıra bilər.
Ağlıma axmaq bir ideya gəlib/ sizdən axmaq bir şey soruşacam və s
Əsla söhbətnizə belə cümlələrlə başlamayı. Bu sizin özünə inamsızlığınızdan xəbər verir. Heç vaxt özünüzü iş mühitində açıq-aşkar tənqid etməyin. Əgər özünüz öz deddiyinizə inanmırsınızsa və bu sizə axmaqlıq kimi gəlirsə, onda başqalarında yaxşı fikir gözləməyin.
Bu cəmi 1 dəq alacaq/ bircə dəqiqəlik işdi
Bu ifadələr sizi tələskən, başdansovdu kimi göstərə bilər. Yəni sanki siz işi tez bitirməkdən ötrü onu necə gəldi edəcəksiniz. Bunun əvəzinə “bu çox vaxt almayacaq” və s. tipli cümlələr işlədin.
Çalışaram
Bu cümlə xəbər verir ki, siz işin öhdəsindən gəlmək üçün yetərincə səy sərf etmirsiniz, əlinizdən gələni etmək niyyətində deyilsiniz. Əgər sizə tapşırıq verilibsə onda ciddi cəhdlə onu yerinə yetirməyə çalışın və ya başqa alternativlər tələb edin.
O qabiliyyətsizdir/ tənbəldir
Kolleqanız haqqında belə mənfi fikirlər səsləndirməyin. Əgər o bu mənfi keyfiyyətləri özündə dogurdan da ehtiva edirsə onda, digərləri bunu onsuz da bilir. Bunu onlara xatırlatmağınıza ehtiyac yoxdur. Istənilən iş mühitində qaba, bacarıqsız insanlar olur. Lakin əgər sizdə onları yaxşıya doğru dəyişmək və ya işdən kənarlaşdıra bilmək qüdrəti yoxdursa, yaxşı olar ki, sakit dayanasınız.
Bu öhdəliyimə daxil deyl
Bu cümlə sizin barənizdə yanlış fikir yarada bilər. Guya ki, siz bacardıqca az iş görmək istəyirsiniz və yalnız maaş üçün işləyirsiniz. Işə qarşı həvəzsizsiniz. Sizə bu tip tapşırıq veriləndə dərhal onu yerinə yetirməyə çalışın. Daha sonra isə vəzifə öhdəlikləriniz barədə müdirlə söhbət edin. Bununla da öhdəliklərinizdə hərhansı bir dəyişiklik olub-olmadığını aydınlaşdıracaqsınız.
Təqsirkar mən deyiləm
Əgər işdə hansısa səhvə yol verilibsə və nəticə nə qədər ağır olur olsun, bu səhvdə sizin kiçik də olsa rolunuz varsa, onda bunu etiraf edin. Əks halda məsələni olduğu kimi izah edin, başqa fakt və dəllilər gətirin. Günahln kimdə olduğu ilə bağlı qərar verməyi isə müdir və iş yoldaşlarınızın öhdəsinə buraxın.