AG Bank keçən illə müqayisədə zərərdədir! | Banco.az

AG Bank keçən illə müqayisədə zərərdədir!

AG Bank 2018-ci ilin I rübü üçün maliyyə göstəricilərini açıqlayıb!

Bankın aktivləri 2018-i ilin I rübündə 505 milyon 752 manat min təşkil edir. Keçən ilin eyni rübündə isə, yəni I rübündə bu göstərici 504 milyon 289 min manat idi.

Kreditlərinin həcmi isə 2018-ci ilin I rübündə 3% artaraq, 287 milyon 537 min manat olub. Keçən ilin I rübündə bu rəqəm, 278 milyon 797 min manat idi.

Bankın 2018-ci ilin I rübündə  cəlb etdiyi depozitlərinin həcmində 10% azalma müşahidə edilir, belə ki, 30.03.2018-ci il tarixində  bankın depozitlərinin həcmi 210 milyon 399 min manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda keçən ilin I rübündə 460 milyon 414 min manat olan bank öhdəlikləri, bu ilin birinci rübü üçün 453 milyon 513 min manatdır. 

Bank kapitalında isə keçən ilin I rübü ilə müqayisədə 19% artım var. Belə ki, 30.03.2017-ci il tarixində 43 min 875 manat olan bank kapitalı bu ilin I rübü üçün 52 min 238 manatdır.

Keçən ilin ilk rübündə  1 min 807 manat zərərdə olan bank bu il eyni rüb üzrə 3 min 223 manat zərərdədədir.

Xəzər Aslanov. Banco.az