AccessBankla Quba səfərinin təəssüratları | Banco.az

AccessBankla Quba səfərinin təəssüratları

İstirahət edərək öyrənməyin ləzzəti ayrıdır...

Hər şey necə başladı?

Ənənəvi olaraq, AccessBank media işçiləri üçün press-tur təşkil edir, bu jurnalistlərə Bankın regionlardan birində yerləşən filialı ziyarət etmək, onun fəaliyyəti ilə tanış olmaq, həm də paytaxtın səs-küyündən uzaqda təbiət qoynunda dincəlmək imkanı verir. Budəfəki press-turda həmçinin Den Meyson tərəfindən jurnalistlərə mobil media mövzusunda təlimin keçirilməsi də nəzərdə tutulmuşdu.

Mən isə tura iyunun 6-da Bakı-Sumqayıt-Quba yolunda qoşuldum, belə ki səfərimiz AccessBankın Quba filialına idi.

Qubada hansı kreditlər daha məşhurdur?

Qubaya çatıb, oteldə yerləşdikdən sonra nəzərdə tutulduğu kimi ilk olaraq AccessBankın Quba filialına getdik. 

Filial Qubanın mərkəzi hissəsində, gediş-gəlişin sıx olduğu hissədə yerləşir. Əraziyə çatdıqda digər bank və kredit təşkilatlarının filialları da qarşımıza çıxdı. Ümumilikdə filialda 40-a yaxın işçi, üç şöbə - müştəri xidmətləri, kassa şöbəsi və mikro krediləşmə şöbəsi fəaliyyət göstərir. 40 yaxın iş yeri 40 ailə üçün stabil gəlir deməkdir.

Bankların regionlara genişlənməsi regionları krediləşməyə çıxışı ilə yanaşı, həm də regionlarda yeni iş yerlərinin açılması və iqtisadi rifahın yüksəlişinə töhfədir.  Belə ki, filialların əməkdaşları yerli əhalidən seçilir.

AccessBankın Quba filialı artıq 3 ilə yaxın müddətdir ki, fəaliyyət göstərir və bu müddət ərzində onun fəaliyyətini uğurlu adlandırmaq olar.  Bankın siyasətinə uyğun olaraq, burada da kiçik biznesləri inkişafına dəstək olacaq mikro kreditlərin, iri və orta sahibkarla biznes kreditlərin verilməsinə üstünlük verilir. Quba sakinləri isə daha çox bağçılıq və digər kənd təsərrüfatı sahələri ilə məşğul olmaq üçün kreditlər alır.

Əsasən meyvə ağaclarının becərilməsi, gübrə vermə və s məqsədi ilə kreditlər götürülür, faizlər ödənilməklə, borcun əsas hissəsi isə məhsul yığımından sonra geri qaytarılır.  

Ən sərfəli kredit üçün müraciət et

Gilas bağında gəzinti

Kredit götürən müştərilərin öz borclarını qaytara bilməsi və bu kreditin onun biznesinə nə dərəcədə dəstək olması ilə maraqlandıq. Bu niyyətlə Bankın müştərilərindən birinin sahəsini gəzmək bizə nəsib oldu. 

Təfərrüatlara girməyərək sadəcə onu deyəcəyəm ki, Bank müştəridən razıdır, müştəri də Bankdan 

Qubanı hamı almalara görə tanısa da, indi burda çoxlu yeni növ gilas, gilənar  növləri də yerləşdirilir. Meyvələrin dadlı görünüşü və cəlbedici rəngləri bizi onları yeməyə vadar edirdi :) 

Günün qalan hissəsini Qubanın gözəl yerlərini seyr etmək və dincəlməklə keçirdik. Səhər isə bizi maraqlı təlim gözləyirdi.

 Açıq havada mobil jurnalistika təlimi

Hələ təlimdən əvvəl təcrübəli və yeni başlayan jurnalistlərin işdən kənar mühitdə bir araya gəlməsi öz təcrübələrini paylaşmaq üçün münbit şərait yaratmışdı. Bir çoxları iş təcrübələrini, işlərinin əsas spesifik xüsusiyyətlərini, peşəkar səriştələrini olduqca səxavətlər paylaşırdı.

Den Meysonun isə bir təlimçi kimi bizə ayrılan müddət ərzində bacardığı qədər daha çox şey öyrətməyə çalışdı.

Müasir zamanda xəbər mətninin daha çox oxunan və paylaşılan olması üçün bir jurnalistin və ya məqalə yazarının əməl etməli olduğu tövsiyələri söylədi, söylədi, arsenalda olmalı olan alətləri bizimlə paylaşdı.

Bu imkanı bizə yaratdığına görə AccessBanka bir daha təşəkkür edirik. 

 

KönüL Soltanova, Banco.az