AccessBank tərəfindən 2017-ci ilin noyabrın 27-dən 2018-ci ilin yanvarın 31-dək keçirilən "Hər tərəfdən sərfəli!" kampaniyasının qalibləri müəyyənləşib. Bankdan banco.az-a verilən məlumata görə, mükafatlandırma bu gün bankın baş ofisində baş tutub.
Kampaniya çərçivəsində AccessBank tərəfindən dövriyyəyə buraxılmış "Visa" və "Mastercard" ödəniş kartları vasitəsilə ən iri məbləğdə və ən çox sayda əməliyyat həyata keçirən hər iki şəxs "iPhone X" qazanıb.
AccessBank-ın Marketinq/Korporativ bankçılıq departamentinin rəhbəri Günay Cəlilova "Hər tərəfdən sərfəli!" kampaniyanın uğurlu olduğunu bildirib: "Bildiyiniz kimi, kampaniya çərçivəsində "Mastercard Debit", "Mastercard Standard", "Mastercard Gold", "Visa Classic" və "Visa Gold" kartları müştərilərə 50% endirimlə təklif olunub. Müştərilərimiz yarı qiymətə ödəniş kartı əldə etməklə yanaşı, "iPhone X" udmaq şansını da qazanıblar. Kampaniyanın nəticəsi olaraq, bu müddət ərzində müştərilərə təqdim olunan ödəniş kartlarının sayı əhəmiyyətli dərəcədə artıb. Çox sevindiricidir ki, bankın təklif etdiyi şərtlər müştərilər tərəfindən maraqla qarşılanıb. Kampaniyanın keçirilməsində əsas məqsəd ölkədə nağdsız ödənişlərin stimullaşdırılmasına dəstək verməkdir və bu istiqamətdə atdığımız addımlar davamlı olacaq".