AccessBank-ın yeni kampaniyası yayınıza rəng qatacaq!
Yayın belə tez gəlməsi planlarınızı dəyişdi? AccessBank-ın yeni kredit kampaniyası yayınıza rəng qatacaq.
İyunun 1-dən başlayan "5-dən 5" adlı yeni kredit kampaniyası nağd pul kreditlərinə şamil olunur və iyunun 30-dək davam edəcək.
Belə ki, müştərilərin istəyinə əsasən kampaniya çərçivəsində verilən kreditlər üzrə 5 ayadək GÜZƏŞT MÜDDƏTİ təyin oluna bilər. Bundan başqa, güzəşt müddətində faiz dərəcəsi kreditin illik faiz dərəcəsindən 5% aşağı müəyyən edilir.
Həmçinin, güzəşt müddəti kredit müddətinin istənilən dövrünə tətbiq edilə bilər.
Bu şərtlərlə heç bir planınızı təxirə salmağa ehtiyac qalmayacaq!
Ətraflı məlumatı bankın saytından, həmçinin Facebook və Twitter səhifələrindən, eləcə də 151 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.