Biznes kredit götürmüsünüz, amma ödəniş qrafiki sizi qane etmir? Gəliriniz mövsümə görə dəyişir, amma kredit üzrə hər ay bərabər həcmdə ödəniş edirsiniz? O zaman AccessBank-ın təklif etdiyi yeni imkandan yararlanın!
Hər zaman iş adamlarını və sahibkarları dəstəkləyən AccessBank, bankdan biznes krediti götürən müştərilərinin ehtiyaclarını nəzərə alaraq yeni bir imkan yaratdı. Bundan sonra, iş adamları biznes krediti götürərkən ödəniş planını - gəlir əldə etmə dövrünə uyğunlaşdıraraq hazırlaya biləcək.
Əgər siz hər hansı bir mövsümi bizneslə məşğulsunuzsa, o zaman ödəniş qrafiki elə tərtib olunacaq ki, siz gəlir götürdüyünüz dövrdə çox, gəlir götürmədiyiniz dövrdə az məbləğdə ödəniş etmə imkanı əldə edə biləcəksiniz. Məsələn, əgər siz təsərrüfatla məşğulsunuzsa, məhsul götürüb satış həyata keçirdiyiniz dövrdə çox, əkin işləri ilə məşğul olduğunuz dövrdə daha az ödəniş etmək imkanınız olacaq. Beləliklə siz, daha əlverişli qrafik ilə kreditləriniz üzrə ödəniş etmək imkanı qazanacaqsınız.
Biznes kreditlərini AccessBank-dan götürün, ödənişlərinizi rahat şəkildə sizinlə razılaşdırılmış qrafiklə ödəyin!
Ətraflı məlumatı Bankın rəsmi internet saytından, facebook və twitter səhifələrindən, eləcə də 151 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.