Xəzinədarlıq Departamentinin Mütəxəssisi
Tələblər:
1. Maliyyə, Mühasibat uçotu və İqtisadiyyat üzrə bakalavr dərəcəsi
2. Güclü analitika bacarığı, detallara diqqət
3. Dil biliyi: Azərbaycan və Rus mükəmməl, İngilis dili yaxşı səviyyədə
4. Yazılı və şifahi kommunikasiya bacarığı
5. Müvafiq sahə üzrə 1 ildən çox iş təcrübəsi;
6. Bütün namizədlər maliyyə/riyaziyyat üzrə testdən keçməlidir
Digər bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil
Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu
Vəzifələr:
1. Likvidlik və faiz dərəcəsi riskləri üzrə hesabatların hazırlanması, Bankın risk limitlərinin idarə edilməsi
2. Maliyyələşmə xərcləri və faiz risklərinə əsasən bank məhsullarının daxili qiymətləndirilməsi
3. Bankın yerli və beynəlxalq tərəfdaşları ilə ünsiyyət
4. Departament daxilində digər gündəlik vəzifələr, sənədləşmə, əməliyyatlara nəzarət.
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.