ABŞ və Yaponiya ticarət anlaşması üçün danışıqlara başlayır | Banco.az

ABŞ və Yaponiya ticarət anlaşması üçün danışıqlara başlayır

ABŞ və Yaponiyanın, iki ölkə arasında ticarət anlaşması üçün danışıqlara başlamağı qəbul etdiyi bildirilib.

ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının 73-cü sessiyası üçün Nyu Yorkda səfərdə olan Yaponiya Baş Naziri Şinzo Abe ilə bir araya gəlib.

Tramp danışıqlardan sonra etdiyi açıqlamada, Yaponiya ilə ticarət anlaşması üçün müzakirələrə başlanılması mövzusunda həmfikir olduqlarını bildirərək ticarət anlaşmasının “çox həyacan verici” olacağını söyləyib.

Ən sərfəli kredit üçün müraciət et

Xarici mətbuatın Yaponiyanın İqtisadi İnkişaf Naziri Toşimitsu Motegenin açıqlamasına əsasən verdiyi məlumata görə, müzakirələr davam etdiyi müddətcə Yaponiyanın avtomobil ticarəti üzrə yüksək vergilərlə bağlı imtiyaz eldə edəcəyi qeyd edilib.

Motegi, müzakirə ediləcək anlaşmanın sərbəst ticarət anlaşmasından fərqli olacağını ifadə edərək, ticarətin ədalətli şərtlərlə həyata keçirilməsinin mühüm olduğuna inandıqlarını bildirib.

Tamara Mustafayeva, Banco.az