Müəllif:Mehin Qasımova/Banco.az
ABŞ Rusiya yanacağından asılılığı milli təhlükəsizlik üçün kritik adlandırıb.
Banco.az xəbər verir ki, bunu “Financial Times” qəzetinə müsahibəsində ABŞ dövlət katibinin nüvə enerjisi üzrə köməkçisi Ketrin Haff deyib.
O qeyd edib ki, Vaşinqton nüvə yanacağının ən azı 20 faizini Rusiya təchizatçılarından alır.
Haff həmçinin bildirib ki, belə yanacağın aktiv istifadəsi ölkədəki iqlim şəraitinə ziyan vurur.
Bundan əvvəl Amerikanın “The New York Times” qəzeti ABŞ-ın nüvə enerji sənayesinin Rusiyanın nüvə yanacağından asılı olaraq qaldığını və eyni aşağı qiymətə alternativ təchizatçı tapa bilməyən zənginləşdirilmiş uran üçün Rusiyaya ildə təxminən bir milyard dollar ödəməyə davam etdiyini yazmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!