"ABŞ-la ticarət müharibəsinin ölkə iqtisadiyyatına təsiri böyük deyil" | Banco.az

"ABŞ-la ticarət müharibəsinin ölkə iqtisadiyyatına təsiri böyük deyil"

"ABŞ-la ticarət müharibəsinin Çin iqtisadiyyatına təsiri elə də böyük deyil". 

Bunu Çin Mərkəzi Bankının məsləhətçisi Liu Shijin deyib. 

O, ABŞ-ın Çin mallarına tətbiq etməyə hazırlaşdığı yeni gömrük rüsumlarının böyük olmadığını, Çinin səhm və valyuta bazarının nəzərdən keçirilməsinə ehtiyac olduğunu qeyd edib. 

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ABŞ Prezident Administrasiyası Çindən idxal olunan 200 mlrd. dollar dəyərində müxtəlif mallara yeni gömrük rüsumları tətbiq etməyə hazırlaşır. 10%-lik rüsumlar sentyabrın 24-dən qüvvəyə minəcək. 

Report.az