ABŞ iqtisadiyyatı iki ilin ən sürətli artımına nail olub | Banco.az

ABŞ iqtisadiyyatı iki ilin ən sürətli artımına nail olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da üçüncü rübün artım göstəricisi açıqlanıb.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi iyul-sentyabr ayları üzrə ümumi daxili məhsul (ÜDM) məlumatlarının ikinci proqnozlarını açıqlayıb.

Buna müvafiq olaraq, ABŞ-da ÜDM bu ilin üçüncü rübündə illik 5,2 faiz artıb.

Beləliklə, ABŞ iqtisadiyyatı ilin üçüncü rübündə 2021-ci ilin son rübündən bəri ən güclü artımı qeydə alıb.

Ekspertlərin gözləntisi iqtisadiyyatın bu dövrdə 4,9 faiz artması istiqamətində idi.

Qeyd edək ki, ilin üçüncü rübündə ABŞ iqtisadiyyatının artımına istehlak xərcləri, özəl səhm investisiyaları, ixrac, əyalət və yerli özünüidarəetmə xərcləri, federal hökumət xərcləri, yaşayış binaları və qeyri-yaşayış sahələrinə əsaslı investisiyalardakı artımlar təsir göstərmişdir. Bu dövrdə idxal da artıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ABŞ iqtisadiyyatı 2023-cü ilin birinci rübündə 2,2 faiz, ikinci rübdə isə 2,1 faiz artım nümayiş etdirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram