Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın xidmət sektorunda aktivlik ötən ay 9 ayın ən yüksək səviyyəsinə çatıb.
Banco.az xəbər verir ki, may ayında ISM xidmət indeksi 4,4 bənd artaraq 53,8 punkta yüksəlib.
Proqnozlar 50.8 punkta işarə edirdi. Qeyd edək ki, indeksin 50-dən yuxarı dəyər alması sektorda artımı göstərir.
Yeni sifarişlər indeksi 52,2 punktdan 54,1 punkta, məşğulluq indeksi 45,9 punktdan 47,1 punta yüksəlib. Ancaq məşğulluq indeksi artım fazasına keçə bilməyib.
Qeyd edək ki, Fed rəsmiləri qiymət təzyiqlərini izləmək və faiz dərəcələrinin endirilməsinin vaxtı ilə bağlı qərar vermək üçün xidmət sektorunda baş verən hadisələri yaxından izləyirlər.
Bizi sosial şəbəkələrdən izləyin!!