ABŞ-da xidmət sektorunun fəaliyyəti sürətlənib | Banco.az

ABŞ-da xidmət sektorunun fəaliyyəti sürətlənib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Xidmət Sektoru üzrə PMI bazar proqnozlarını üstələyib.

Banco.az xəbər verir ki, ABŞ-da Təchizat İdarəetmə İnstitutunun (ISM) xidmət sektoru Satınalma Menecerləri İndeksi (PMI) noyabrda aylıq 0,9 faiz bənd artımla 52,7 punkta çatıb.

Bazar proqnozları bu dövrdə indeksin 52 dəyərinə çatacağı istiqamətində idi.

Xidmət sektorunda artımın sürətləndiyini göstərən indeks oktyabr ayında 51,8 punkt hesablanmışdı.

Bu dövrdə xidmət sektorunun 15 alt sektorunda artım qeydə alınarkən, 3 sektorda daralma müşahidə olunub. Daralma qeydə alınan sektorlar informasiya, mədənçıxarma və peşəkar, elmi və texniki xidmətlər olub.

Digər tərəfdən, “S&P Global” noyabr ayının xidmət sektoru PMI yekun məlumatlarını açıqlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Məlumatlar göstərir ki, xidmət sektoru PMI 50,8 səviyyəsində qalıb. Sözügedən dövrdə 4 ayın ən yüksək səviyyəsinə çatan xidmət sektoru PMI oktyabr ayında 50,6 punkt idi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram