ABŞ-da istehlak kreditləri gözləniləndən çox artıb | Banco.az

ABŞ-da istehlak kreditləri gözləniləndən çox artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Noyabr ayında ABŞ-da istehlak kreditləri proqnozları üstələyib.

Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) 2023-cü ilin noyabr ayı üzrə istehlak krediti məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, ölkədə istehlak kreditləri ötən ilin noyabr ayında əvvəlki ayla müqyisədə 23,7 milyard dollar artaraq təxminən 5 trilyon 10 milyard dollar həcmə çatıb.

Proqnozlar isə sözügedən dövrdə istehlak kreditlərinin 9 milyard dollar artacağını işarə edirdi ki, oktyabrda bu göstərici 5,8 milyard dollar artım idi.

Qeyd edək ki, noyabrda kredit kartları və oxşar köçürmələrlə verilən kreditlər aylıq 19,1 milyard dollar artarkən, ev, avtomobil və tələbə kreditləri kimi köçürülməyən kreditlər isə 4,6 milyard dollar artıb.

Ən sərfəli kredit üçün müraciət et

2023-cü ilin noyabr ayında istehlak kreditləri illik isə 5,7 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram