Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da cari hesab kəsiri ötən 2 ilin ən aşağı həddinə çatıb.
Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi cari ilin iyul-sentyabr dövrü üzrə cari əməliyyatlar balansı hesabatını açıqlayıb.
Buna görə ölkənin cari əməliyyatlar kəsiri əvvəlki rüb görə 7,6 faiz azalaraq 200,3 milyard dollara geriləyib.
2021-ci ilin ikinci rübündən bəri ən aşağı səviyyəyə çatan cari əməliyyatlar kəsirinin bu dövrdə 197 milyard dollar olması nəzərdə tutulurdu.
İlin ikinci rübü üzrə cari əməliyyatlar kəsiri isə 212,1 milyard dollardan 216,8 milyard dollara yenidən baxılıb.
Ölkənin cari hesab kəsirinin ÜDM-ə nisbəti ilin üçüncü rübündə ikinci rüblə müqayisədə 0,3 bənd azalaraq 2,9 faiz hesablanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!