Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu il neft və digər maye karbohidrogenlərin hasilatının gündəlik 610 min barel olacağı proqnozlaşdırılır. Bu, əvvəlki proqnozdan 10 min barel çoxdur.
Banco.az xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) aylıq hesabatında qeyd olunub.
Hesabata əsasən, gələn il ölkədə neft və digər maye karbohidrogenlərin hasilatı gündəlik 650 min barel olacaq.
Həmçinin qeyd olunub ki, ötən il ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 620 min barel səviyyəsində olub.
Bizi sosial şəbəkələrdən izləyin!!