91 ölkəyə səyahət sığortası - “A-QROUP”dan | Banco.az

91 ölkəyə səyahət sığortası - “A-QROUP”dan

Turizm mövsümünün başlaması ilə əlaqədar xarici ölkələrə səfər edənlər səyahət sığortasını cəmi 2 saat ərzində “A-group” sığorta şirkətindən əldə edə bilərlər. Bununla bağlı “A-group”un rəsmi internet səhifəsindəki sifariş formasını doldurub göndərmək kifayətdir.
Sığorta müqaviləsi və sığorta polisi müştərilərə birbaşa kuryerlər vasitəsilə çatdırılır. Şirkətdən verilən məlumata görə, Bakıdakı istənilən ünvana maksimum 2 saat ərzində çatdırılır. Ödənişi həm nağd formada kuryerlərə, həm də sifariş zamanı elektron formada etmək olar.
“A-group”un səyahət sığortası ABŞ-dan tutmuş Avstraliyaya qədər 91 ölkəni əhatə edir. Sığorta ödənişinin məbləği minimum 15 min dollar, maksimum isə 75 min dollardır. Sığorta haqqı seçilmiş ödəniş məbləğindən, getdiyiniz ölkədən və yaş həddinizdən asılı olaraq dəyişir.
Məsələn, azərbaycanlı turistlərin ən çox üz tutduğu Türkiyəyə 1 həftəlik səyahət edənlər 15 min dollarlıq ödəniş üçün cəmi 5,21 manat ödəməlidirlər. 75 min dollarllq sığorta ödənişi seçənlər isə 13,43 manat xərcə düşməlidir. 12 yaşına qədər uşaqlar üçün sığorta haqqı 10% güzəştlə, yaşı 71-i keçmiş ahıl şəxslər üçün isə ikiqat hesablanır.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: fins.az