Bu ilin yanvar-may aylarında Azərbaycandakı 28 sığorta şirkətinin 9-da sığorta haqlarının artımı, 19-da isə azalması baş verib. Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) keçirilən mətbuat konfransında ASA-nın sədri Orxan Bayramov bildirib.
Onun sözlərinə görə, ümumilikdə 28 sığorta şirkətinin 7-də sığorta haqlarının həcmi 10 milyon manatdan artıq, 4 şirkətdə 5-10 milyon manat arasında, 11 şirkətdə 1-5 milyon manat arasında, 6 sığorta şirkətində isə yarım milyon manatdan aşağıdır.
Mənbə: fins.az