“Drupal” idarəetmə sisteminin köhnə və həssas bir versiyasını istifadə edən 300-dən çox sayt Monero mədənçiliyində istifadə olunan zərərli proqramlarla kiberhücuma məruz qalıb.
Bu kriptovalyuta mənimsənilməsi hadisəsi “Bad Packets Report” adlı veb-saytın təhlükəsizlik tədqiqatçısı Troy Marsç tərəfindən təsbit edilib. Troy zərərçəkən saytların içində bütün dünya səviyyəsində hökumət və internet portallarının da olduğunu bildirib.
O, əvvəlcə San-Dieqo heyvanxanası və Meksika hökumətinin internet səhifələrindəki kriptovalyuta oğurluğu kampaniyasında hadisədən xəbər tutduğunu qeyd edib. Daha detallı araşdırdıqca, Moneronun çıxarılması üçün nəzərdə tutulan “Coinhive” proqramını yükləyən 300-dən artıq saytın ələ keçirildiyinin şahidi olub.
Hücuma məruz qalan saytlar eyni “Coinhive” internet ünvanını istifadə edən domenə işarə edirlər. Əslində, onların sayı 348-ə bərabərdir.
Zərərçəkən saytlar müxtəlif ərazilərdə yer alsa da, onlardan hər hansı birinin əsas hədəf kimi görülməsi nəzərə çarpmır. Vahid domen ilə ən çox kibertəzyiqə məruz qalan saytlar ABŞ-da yer alır. Eyni domeni istifadə edən 122 saytın serveri “Amazon”-a məxsusdur.
Hücuma qalan hökumət saytları arasında ABŞ Federal Agentliyi, Milli İşçi Əlaqələri Şurası, Meksikanın Çihuahua hökumət saytı, Marion şəhər saytı, Arizona Sağlamlıq Təşkilatı, ABŞ Bərabər Məşğulluq İmkanları Komissiyasının Ümumi Müfəttişliyi Ofisi və Türkiyədəki Gəlir İdarəsinin saytı da var.
Digər əhəmiyyətli saytlar arasında “Lenovo”, “UCLA” və “Dlink” (Braziliya) yer alır.
Kiberhücuma məruz qalan universitet saytları isə bunlardır: Suriyanın Hələb Universiteti, Hyustonda ABŞ Müqəddəs Araşdırmalar Kolleci, Hindistanda Vidyalankar Texnologiya İnstitutu, Hindistanda Asiya Sakit Okean İnformasiya Texnologiyaları İnstitutu və İran İslam Azad Universiteti.
Marsç bənzər olayların yenə baş verəcəyi ehtimalının böyük olduğunu söyləyib. O, “Drupal” istifadəçilərinin öz versiyalarını dərhal yeniləmələrinin vacibliyini diqqətə çatdırıb.
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.